Hərbiçilərimiz Pakistanda kurs keçəcəklər

 

3

Dekabrın 2-dən 2014-cü il yanvarın 10-dək Pakistanın Risalpur şəhərində “Partlayıcı vasitələrin zərərsizləşdirilməsi üzrə” təməl kursu keçiriləcəkdir.
Bu barədə Xalq.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilmişdir.
Bildirilmişdir ki, Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən Silahlı Qüvvələrimizin nümayəndələri də kursa qatılacaqlar.