“Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsi başa çatıb

Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlara dövlətçiliyə sədaqət hisslərinin təlqin edilməsi, gənc nəslin nümayən-dələrinin dünya görüşlərinin artırılması və dəyərli istirahətlərinin təşkili məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən ənənəvi olaraq kompleks tədbirlər həyata keçirilir.

XALQ.AZ xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən  verilən məlumata görə, Dövlət Sərhəd Xidməti və “ASAN Xidmət Könüllüləri” Təşkilatı tə-rəfindən birgə təşkil olunan və Azərbaycan dövlətçiliyinin 100 illiyinə həsr olunan “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsi də bu qəbildən olan layihələrdəndir.

İyul ayının 20-dən 27-dək respublikamızın ən gözəl guşələrindən birində, Qəbələ rayonu ərazisində, Böyük Qafqaz sıra dağlarının ən yüksək zirvəsi olan “Bazardüzü” dağının ətəklərində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin “Laza” sərhəd zastavasında təşkil olunan “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsi başa çatmışdır. 2016-cı ilin 10 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cə-nab İlham Əliyevin şəxsən səfər etdiyi “Laza” sərhəd zastavasında könüllülərdə sərhəd mühafizəsi haqqında ən geniş təsəvvürün for-malaşdırılması üçün əlverişli şərait yaradılmışdır. Düşərgəyə cəlb olunmuş könüllülər hərbi nizamnamələrin tələblərinə uyğun olaraq sərhədçi həyatı yaşamış, sərhəd xidmətinin xüsusiyyətləri ilə yaxın-dan tanış olmuşlar.

Düşərgənin fəaliyyət göstərdiyi müddət ərzində müxtəlif silahlarla, hərbi texnika ilə tanışlıq, pnevmatik silahdan atışların yerinə yetirilmə-si, silahların sökülməsi və yığılması, narkotik maddə və partlayıcı va-sitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, çevikçilərin nümunə-vi çıxışları, “Sərhəd naryadı tərəfindən sərhəd pozucusunun yaxalan-ması və sərhəd zastavasına müşayiət edilməsi”, “Maskalanma”, “Ləpirçilik” və sıra hazırlığı üzrə nümunəvi praktiki məşğələlər və digər tədbirlər könüllülərin istirahətini daha maraqlı və səmərəli etmişdir.

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Dövlət Sərhəd Xidmətinin sıralarında xidmət edən polkovnik İntiqam Atakişiyevlə və 2016-cı ilin aprel doyuşlərinin iştirakçıları ilə keçirilən göruş, diskus-siyaların aparılması da yaddaqalan tədbirlərdən olmuşdur.

Hərbi vətənpərvərlik düşərgəsinə cəlb olunmuş könüllülərin asudə vaxtının və fəal istirahətinin təşkili məqsədilə müxtəlif idman yarışları, Azərbaycan kinomatoqrafçılarının vətənpərvərlik mövzusunda isteh-sal etdikləri və sərhədçilərdən bəhs edən filmlərin nümayişi və müza-kirəsi, Qəbələ və Şəki rayonlarının tarixi, gəzməli və görməli yerlərinə, mədəniyyət ocaqlarına ekskursiyalar, Şəki rayon mədəniyyət mərkə-zinin incəsənət ustalarının iştirakı ilə konsert proqramları, fotoqraf Vü-qar İbadovun fərdi sərgisi, respublikamizin tanınmış ədəbiyyat və incəsənət xadimləri ilə görüşlər keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Azərbaycan Respublikasının Prezidenti yanında Sosial İnnovasi-yalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 24 iyul 2018-ci il tarixdə hərbi vətənpərvərlik düşərgəsinin iştirakçıları ilə görüşmüşlər. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dünyanın ən qabaqcıl və firavan ölkələrin-dən birinə çevrilən Azərbaycan Respublikasında gənclərin inkişafı, vətənpərvərlik tərbiyələri ilə yanaşı istirahətlərinin və asudə vaxtları-nın səmərəli təşkili məsələlərinin də ciddi dövlət qayğısı ilə əhatə olunması, gənclərdə liderlik keyfiyyətlərinin formalaşmasına xüsusi önəm verilməsi qeyd edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ideyası və təşəbbüsü ilə yaranmış ASAN Xidmətin Azərbaycan brendinə çevrilməsində çox mühüm və nəcib fəaliyyətlə məşğul olan könüllülərin xüsusi rolu qeyd olunmuş-dur. Dövlət Sərhəd Xidmətinin və “ASAN Xidmət Könüllüləri” Təşkila-tının birgə layihələrinin vətənpərvərlik ideyalarının təbliğatı üçün mü-hüm əhəmiyyət kəsb etməsi bildirilmişdir.

İyul ayının 27-də “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin başa çatması ilə əlaqədar mərasim keçirilmişdir. Mərasimdə düşər-gəyə cəlb olunmuş könüllülərə sertifikatlar təqdim olunmuş, yarışlarda qalib gələnlər mükafatlandırılmış, xatirə hədiyyələri təqdim edilmişdir.

Orxan