Hababam sinifi yenidən çəkiləcək

1975-ci ildə “Hababam sinifi” adlı kitabın motivləri əsasında ekranlaşdırılan eyniadlı film yenidən lentə alınacaq.

 

XALQ.AZ xəbər verir ki, çəkilişlər 6 həftə davam edəcək və artıq kastinqlər başlayıb.

Rıfat İlqazın eyni adlı əsərini 1975-ci ildə rejissor Ertəm Əyilməz ekranlaşdırıb. Film yenidən çəkiləcək. Çəkilişlər 6 həftə ərzində başa çatacaq və filmin premyerası 2019-cu ilə planlaşdırılıb. Filmin tələbə heyəti ilk filmdə olduğu kimi yenə elanla qəbul ediləcək.

Yeni filmin ssenarisi Evrən Ərdoğan və Ayşə Balıbəyə məxsusdur. Rejissor isə Doğa Can Anafartadır. Məlum olub ki, filmə yaxşı büdcə ayrılıb.

 

 

Orxan