Hacı Əliyev Azərbaycana ikinci qızıl medalı qazandırdı

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında sərbəst güləş üzrə 65 kq çəki dərəcəsində həlledici görüşlər keçirilib.

Azərbaycan yığmasının üzvü Hacı Əliyev finalda gürcüstanlı Vladimir Xinçeqaşvili ilə görüşüb.

Üçqat dünya çempionumuz qızıl medal uğrunda qarşılaşmaya inamlı başlayıb. O, ilk hissəni 5:0 hesabı ilə  bitirib. Təmsilçimiz ikinci yarıda da üstünlüyünü əldən verməyib və 2016-cı ildə iki dəfə uduzduğu Olimpiya, dünya, həmçinin Avropa çempionuna 10:2 hesabı ilə qalib gələrək, Avropa Oyunlarının qızıl mükafatını qazanıb.

H.Əliyevin medalı sərbəst güləş millimizin Minsk-2019-da beşinci mükafatı olub. Onadək Mahir Əmiraslanov (-57 kq) qızıl, zədə səbəbindən bugünkü finala çıxa bilməyən Nurməhəmməd Hacıyev (-97 kq) gümüş, Hacımurad Hacıyev (-74 kq), Camaləddin Məhəmmədov (-125 kq) bürünc medala yiyələniblər.

Qeyd edək ki, bu, Azərbaycan yığmasının 16-cı medalı olub. İdmançılarımız 2 qızıl, 5 gümüş və 9 bürünc mükafat qazanıblar.

Orxan