Hacı Qurbanın tender oyunu

6
Oğluna 25-ə yaxın “Gallenvagen”lə toy karvanı düzənləyib, mətbuatın gündəminə gələn Hacı Qurban Abbasovun adı büdcə pullarının silinməsinə qarışıb.
Yayılan məlumata görə Q.Abbasov Meliorasiya və Su Təsərrüfatı ASC-nin Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin müdiri Bulat Ağabəyovla əlbir olaraq, dövlət büdcəsindən regionlarımızın ikişafı üçün ayrılmış vəsaitin silinməsi ilə məşğuldur.
 B.Ağabəyov qalmaqallı iş adamı kimi mətbuatda adı dəfələrlə hallanan Q.Abbasovla sövdələşərək, onun şirkətinə, yəni “İlkin-N” MMC-yə 300 min manat pul ötürüb.
Məlumata görə, sövdələşmədə əsasən təmir işləri adı ilə tikinti materiallarının alınması nəzərdə tutulub.Ən maraqlısı odur ki, B.Ağabəyov son 10 ildə Salyan şəhərinin abadlığına ayrılan vəsaitdən iki dəfə çox büdcə pulunu rəhbəri olduğu ana kollektorun təmirinə xərcləyib. Amma nədənsə, onun bu əməllərinə “dur” deyən tapılmır.
Həmçinin o da bildirilir ki, B.Ağabəyov başqa bir müəssisəyə 185 min manat vəsait köçürüb.
74