Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı COVID-19-a görə təxirə düşdü

“Böyük xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılış mərasimi təxirə düşüb”.

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov bildirib.

Onun sözlərinə görə, açılış mərasimi mart ayına nəzərdə tutulsa da, təxirə salınıb:

“Ölkədə koronavirusla bağlı kütləvi tədbirlər ləğv edilib. Bu səbəbdən heykəlin açılışının dəqiq vaxtı bilinmir. Bu səbəbdən heykəlin açılışı da təxirə salınıb”.

X.Əhmədov qeyd edib ki, Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı may ayına planlaşdırılır.

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin heykəli “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada ucaldılacaq.