Hacıbala Abutalıbov oğlundan danışdı

25

 

“Yazılanlar həqiqətdən uzaqdır”.

Dövlətin vəsaiti hesabına tikilən dayanacaqlar Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansındadır.

Bu dayanacaqlar həmin struktur tərəfindən idarə edilir, yığılan vəsaitlər isə bank vasitəsilə dövlət büdcəsinə köçürülür.

Oxu.Az xəbər verir ki, bunu APA-ya Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bəzi mətbuat orqanlarında “Azadlıq” Meydanındakı yeraltı dayanacağın oğluna icarəyə verilməsi ilə bağlı xəbərə münasibət bildirərkən deyib.

H.Abutalıbov qeyd edib ki, bu yazılanlar həqiqətdən uzaqdır: “Bütün bunlar cəfəngiyyatdan başqa bir şey deyil”.

Xatırladaq ki, bəzi mətbuat orqanlarda Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov paytaxtın mərkəzində bu yaxınlarda istifadəyə verilmiş və dövlət vəsaiti hesabına inşa edilmiş nəhəng yeraltı avtomobil dayanacağının oğlu İsrafil Abutalıbovun idarə olunması ilə bağlı xəbər yayılmışdı. Məlumatda deyilirdi ki, Hökumət Evinin qarşısındakı yeraltı dayanacaq bu yaxınlarda istifadəyə verilib və BŞİH tərəfindən tikilib.