Hacıbala Abutalıbovdan Sərəncam

7

 

Bakıda səkilərdə, yolun hərəkət hissəsində, parklara və metrolara giriş hissələrdə qanunsuz parklanmaların qarşısının alınması üçün tədbirlər görüləcək. 

 

Xalq.az ” xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov “Bakıda avtodayanacaqların təşkili haqqında” müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, ötən bazar günü keçirilən Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev paytaxtda avtomobillərin park edilməsi qaydasından narazılığını bildirmişdi: “İnkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyil. Bu, bizə yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər. Mən başa düşürəm ki, indi yerüstü parkinq olmadığı üçün bunların sürücülərə köməyi dəyir. Bunu başa düşürəm. Ona görə hesab edirəm ki, biz təmkinli olmalıyıq. Amma normal, şəffaf park avtomatları quraşdırılandan sonra əlbəttə ki, əlində çubuq olan vətəndaşları biz gərək digər işlərlə təmin edək”.