Hacıbala müəllimin bu çıxışını özünəməxsus qəbul edək

afla
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun jurnalistlərlə bağlı sonuncu açıqlaması sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.
H.Abutalıbov çıxışında fövqəladə hadisə zamanı jurnalistlərə işlərini kənara qoyub arx qazmağı məsləhət görüb.Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Bakı merinin fikirlərinə münasibət bildirib.
O, Unikal.org-a açıqlamasında bunları deyib:
“Hacıbala Abutalıbov hər zaman özünün orijinal fikirləri, təklifləri ilə fərqlənir və diqqət çəkir. Mən də təklif edərdim ki, Hacıbala müəllimin bu çıxışını özünəməxsus qəbul edək”.