Hacıqabulda avtomobil çaya düşdü, sürücü ağır yaralandı

Hacıqabulda avtomobil kanala düşüb, sürücü ağır xəsarət alıb.
XALQ.AZ-ın məlumatına görə, Hacıqabul rayonunun Qubalı-Baloğlan sakini, 1991-ci il təvəllüdlü Xancanov Seymur Cəmil oğlu idarə etdiyi “QAZ-31” markalı avtomobili Pirsaat çayına aşırıb.
Ağır xəsarətlər alan sürücü Şirvan Mərkəzi Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Yeganə