Hacıqabulda aztəminatlı ailələrə ərzaq yardımı davam edir – FOTO

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Hacıqabul rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı və sosial izolyasiya tədbirləri davam etdirilir.

Bu barədə XALQ.AZ-a Hacıqabul Rayon İcra Hakimiyyətindən məlumat verilib.

“Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, eləcə də aztəminatlı ailələrə yardım aksiyası davam edir. Rayon icra hakimiyyətinin əməkdaşları aztəminatlı ailələrə baş çəkərək onlara növbəti dəfə ərzaq yardımı etdilər.

Aksiya zamanı vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan olunan xüsusi karantin rejiminə əməl edilməsinin zəruriliyi barədə məlumat verilib. Bu nəcib təşəbbüsü razılıqla qarşılayan insanlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Ümumilikdə Hacıqabul rayonunda karantin dövründə bu günədək 2000-ə qədər aztəminatlı ailələrə ərzaq yardımı göstərilib. Yardımlar davam etdirilir”, – deyə İcra Hakimiyyətindən bildirilib.

XALQ.AZ