Hacıqabulda Heydər Əliyevin xatirəsi anılıb – FOTO

Hacıqabul rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə ümumrayon tədbiri keçirilib.

XALQ.AZ xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak etmişdir.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini yad ediblər.

XALQ.AZ