Hacıqabulda kişini elektrovoz vurdu

Elektrovoz

Hacıqabulda elektrovozun vurması nəticəsində rayon sakini ölüb. XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə iyunun 25-də saat 02 radələrində Hacıqabul rayonunun Qarasu kəndinin ərazisində baş verib.

Kənd sakini Taciəddin Babayev elektrovozla vurulub. T.Babayev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.