Hadi Rəcəbli 9 kənddə görüşlər keçirib – FOTO

Lənkəran 74 saylı kənd seçki dairəsindən Milli Məclisə seçkilərdə namizədliyi irəli sürülmüş Hadi Rəcəblinin görüşü keçirilib.

XALQ.AZ xəbər verir ki, görüşdə rayonun Gərmətük, Velədi , Balaşürük, Aşağı Nüvədi, Şüvənil, Kənarmeşə, Seydəkəran və Viyən kəndlərinin sakinləri, YAP fəalları, çıxışlardan qaldırdığı məsələlərdən təqdim etdiyi qanun layhələrindən ibarət digər qrupları yığılışıblar.

İclası açan Azərbaycan Jurnalistlər Birliyinin üzvü İltifat Əhmədov Hadi Rəcəblini tərcümeyi halı barədə və onu uzun müdddətdir ki, ictimai siyasi həyatda tanıdığı barədə qısa məlumat verib.

Məlumatdan sonra Hadi Rəcəblinin parlamentdə son 24 il ərzində etdiyi çıxışlarda əmək haqqının və pensiyaların qanun layihələrindən ibarət kiçik video görüntülər verilib.

Hadi Rəcəbli seçicilər qarşısında çıxış edərək öz platformasını qısa şəkildə seçicilərə çatdırıb. Bu sahədə baş xətt məşğulluq, minimum əmək haqqı və pensiyların gələcəkdə artırılması ideyası ortaya qoyulub. Xalqı düşündürən müavinətlər probleminə toxunan Hadi müəllim bu sahədə mövcud olan  dünya təcrübəsindən və ölkəmiz üçün qarşıya qoyulmuş gələcək perspektivlərdən danışıb. O qeyd edib ki, ölkə prezidenti İlham Əliyev cənablarının fəaliyyətinin baş istiqamətini vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması tutur.

O qeyd edib ki, dünyada mərhəmət simvolu kimi tanınan Mehriban Əliyevanın tanınmış mütəxəssisələrdən ibarət köməkçiləri sosial müdafiənin daha da gücləndirilməsi istiqamətində axtarışlar aparır və yeni -yeni layihələr ortaya qoyurlar. Bu layihələr isə əlillər və şəhid ailələri, qaçqın və məcburi köçkünlər üçün yaşayış binalarının tikintisinə xüsusi diqqət edilir. Qarabağ qazilərinin böyük bir qrupuna hər il olduğu kimi nəqliyyat vasitlərinin ayrılması nəzərdə tutulur.

Çıxış edən Rayon Ağsaqqalar Birliyinin sədr müavini Sərhad Məmmədov, Qarabağ əlilləri və şəhid ailələri İctimai birliyinin sədri Əbülfət Əliyev, Aşağı Nüvədi bələdiyyə sədrinin birinci müavini Hüseynağa Hüseynov, Lənkəran Dövlət Univrsiteinin müəlimi  Müqəddim Agayev, ilk dəfə səs verəcək tələbə Elnarə Miriyeva çıxış edərək, Yeni Azərbaycan Partiyasının namizədini dəstəklədiklərini bildirib və əlavə olaraq seçki kompaniyasına qoşulan digər namizədlərin müəyyən olunmuş qaydaların pozduqlarını, seçki mədəniyyətinə riayət etmədiklərini səsləndiriblər.

Onlar bildiriblər ki, ünsiyyətdə olduqları tanışları, qohumları yaxın dostları ilə bərabər böyük bir kütlə halında seçkilərə qatılacaq və Hadi Rəcəbliyə səs verəcəklər.

Onu da qeyd edək ki, iclas zalında nəzərdə tutulmuş 400 yer tamamilə dolaraq onlarla insan ayaq üstə qalmış və hər təklifdən sonra alqışlarla namizədi dəstəkləyiblər. Yekdiliklə namizədi dəstəkləyən seçicilərin bir qrupu iclasdan Hadi Rəcəbliyə yaxınlaşmış istək, qayğı və arzuların fərdi qaydada ona çadıırıblar.

Görüşdən sonra yuxarıda adları çəkilən kəndlərdə iclas iştirakçılarının xoş təəssüratlarını bölmüş və Hadi Rəcəbliyə bütün kəndlərdən seçicilərin səs verəcəyini bildiriblər.

XALQ.AZ