Hadi Rəcəbli görüş keçirib

Milli Məclisin Əmək və Sosial-siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli, Lənkəranda fiziki imkanları məhdud olan bir qrup vətəndaşlarla görüşüb.

XALQ.AZ  xəbər verir ki, bu qrup insanlarla daim təmasda olan millət Vəkili “Əmək, məşqulluq və sosial müdafiə” mövzusunda polemik görüş keçirib.

Görüşdə dövlət başçısınıncari ilin sentyabrında imzaladığı “Əmək, məşğulluq, sosial müdafiə sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” fərman, bu istiqamətdə tədbirlərin daha geniş müstəvidə davam etdirilməsi, əmək və sosial müdafiə sahələrində şəffaf və operativ xidmətlərin təşkili işlərinin gücləndirilməsindən söhbət açıb.

Yığıncaqda ölkə başçısının Qarabağ şəhidlərinə və əlillərinə göstərilən qayğıdan, onlar üçün sanator-kurort xidmətlərinin təşkilindən razılıq və minnətdarlıqlar bildirilib.

İştirakçılardan Mirzəyev Pərviz, Balayeva Məlahət, Paşayev Xaliq və başqaları onları ən çox maraqlandıran, şəkərli diabet xəstələrinə və I qrup əlillərə göstərilən xidmətlərdə olan bəzi problemlər, II və III qrup əlillərin müavinatlarının miqdari və istehlak səbətindən aşağı olması və sair kimi suallar verilib və aldıqları cavabdan məmnun qaldıqlarını bildiriblər.

Sonda görüş iştirakçıları deputatla xatirə şəkli çəkiblər.

Orxan