Hadi Rəcəbli qəbul keçirdi

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qabaqcadan nəzərdə tutulmuş qrafikə uyğun olaraq qəbul keçirib.

XALQ.AZ xəbər verir ki,  qəbula gələnlərin arzu və istəklərini sistemləşdirərkən bir sıra problemlər üzə çıxıb.

Belə ki, bir qismi işlə təmin olunmaq, digər qismi isə imkansız əlil ailələrinə dəstək olmaq üçün yardım istəyib.

Başqa bir qrup pensiya hesablanması məsələlərinə toxunub. Digərləri əlilliyin və ünvanlı yardımların sənədləşdirilməsindəki  bürokratik əngəlləri vurğulayıblar.

Digər qrup qəbula gələnlər Qarabağ əlillərinə mənzil verilməsi məsələsində olan problemləri səsləndiriblər.

İkinci qrup Qarabağ əlilləri Baladadaşov Fuad, Cəfərov Yaşar   2005-ci ildən etibarən mənzil növbəsində olduqlarını və bütün ötən müddət ərzində onların mənzil məsələsinin həllinin yubadılmasından şikayət ediblər.

Məsələyə aydınlıq gətirərkən müəyyən olunub ki, yuxarıda adları çəkilən şəxslərin mənzil növbəsi hələ çatmayıb.

Bildirilib ki, bu yaxınlarda Cənab Prezident İlham Əliyevin ayırdığı əlavə maliyyə vəsaiti hesabına alınacaq mənzillərdə onların bu problemi müsbət həllini tapa bilər.

Sevda xanımın və onun həkim qızının işlə təminatı üçün etdiyi müraciətə də baxılıb   bir sıra özəl qurumlarla əlaqə saxlanılıb, müsbət həllinə təşəbbüs göstərilib.

Zaqatala rayonunun 3-cü Tala kənd sakini Dağıstan respublikasında qeydiyyatda olan xanımın qızı  Ömərova Həlimənin maliyyə dəstəyinə ehtiyac olduğu və anasının  qeydiyyat məsələsiylə bağlı  Zaqatala rayon İcra hakimiyyəti ilə əlaqə saxlanılıb. Bu problem də müsbət istiqamətdə həll olunub.

Ümumilikdə qəbulda 37 nəfər şikayətçi qəbul olunub. Bir qrup şikayətçilər isə sabahısı gün qəbula dəvət olunublar.

 

 

Orxan