Hadi Rəcəbli şəhid ailəsi ilə görüşüb

YAP”-in Lənkəran şəhər təşkilatının inzibati binasında, 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd Hadi Rəcəbli ilə  görüş və qəbul saatları müəyyənləşdirilib. Hər gün saat 3-dən sonra seçki dairəsi əhalisinin sosial durumu ağır olan insanları ona  müraciət edir, öz qayğıları ilə bölüşürlər.

XALQ.AZ xəbər verir ki, belə müraciətlərdən biri də rayonun ən ucqar  Horavenc kəndinin sakini Faiq Abbasov  tərəfindən edilmişdir. Onun  dediyinə görə şəhid Yusubov Əyyaz Şirəli oğlunun ailəsinə bir sira yardımlar göstərilməsinə baxmayaraq   bu qapını bu günə qədər heç bir vəzifəli şəxs açmayıb. O dedi ki, şəhidin atası Yusubov Şirəli Əmrəli oğlu  və anası Yusubova Balaxanım Yaqub qızı yataq xəstəsidirlər. Onlar yeriyə bilmirlər. Bütün qayğılar şəhidin qardaşı və gəlininin üstünə düşüb. O xahiş etdi ki, nə qədər də çətin olsa bu ailəyə baş çəkilsin. Xəbərdarlıq olundu ki, ora gedən yol olduqca risklidir, hər nəqliyyat vasitəsilə ora qalxmaq mümkün deyil.  Lakin Hadi müəllim onlara baş çəksə xeyli yaxşı olar, onlara yenidən həyat bəxş edər.

Sabahı gün  Hadi Rəcəbli asfalt Günəhir yolunun sonunda 3 diferli, özüboşaldan, ağır tonnajlı maşına minib iki nəfər müşahidəçisilə birlikdə bu kəndə yola düzəldilər.

Deputatlığa namizədi qocalar hönkürtü  ilə qarşıladılar. Şəhid valideynləri sakitləşəndən sonra Hadi Rəcəbli onların bir sıra problemlərini dinlədi. Valideynlər kənd məktəbinə Qarabağ müharibəsində şəhid olmuş oğlanlarının adının verilməsini istədilər. Aydın oldu ki, mənzil növbəsində olan şəhidin  ailəsi hələ də ev ala bilməyib. Onlar  Hadi müəllimə torpaq sürüşməsi nəticəsində yaşadığı evlərinin  dağılan hissəsini də göstərdilər. Qısa müddət ərzində deputatlığa namizədin kənddə olmasını eşıdən digər sakinlər də görüşə gəldilər.

Şəhid ailəsi bir daha qeyd etdi ki, onların evlərinə gətiriləcək seçki qutusuna salınacaq bülletenlərdə Hadi Rəcəbliyə səs verəcək və onu dəstəkləyəcəklər.

Bizim müşahidələrimiz onu göstərir ki, Hadi müəllim daim şəhid ailələrinin, veteranların, əlillərin yanındadır. Hadi müəllimin bu qapını açması bir daha onu göstərdi ki, dövlətimiz  şəhid ailələrinə, sosial durumu çətin olan insanlara daima qayğı ilə yanaşır.

Hava qaralanda buranı  tərk edən Hadi Rəcəblinin ətrafına, kəndin qurtaracağında da yenidən bir qrup seçici toplaşdı və seçkilərdə yalnız ona səs verəcəklərini səsləndirdilər.