Hadi Rəcəblinin seçicilərlə növbəti izdihamlı görüşü keçirilib – FOTO

Lənkəran 74-saylı kənd seçki dairəsində deputatlığa namizəd Hadi Rəcəblinin seçicilərlə növbəti izdihamlı görüşü keçirilib.

XALQ.AZ xəbər verir ki, görüşdə bir sıra kəndlərdən 700-ə yaxın sakin iştirak edib.İclas zalına toplanan seçiclər Hadi Rəcəblini alqışlarla qarşıladılar, ona səs verəcəklərini iclas zalına keçməmişdən qabaq bildirdilər. İclasın əvvəlki yığıncaqlardan fərqi o idi ki, burada Hadi Rəcəbliyə rəqib olan 3 namizədin doğulduğu Girdəni kəndinin və bir namizədin doğulduğu Ləj kəndinin əhalisi toplaşmışdı.Hadi Rəcəblinin tərcümeyi halı barədə məlumat verən Əlimərdan Əliyev Hadi Rəcəbinin Heydər Əliyev kursuna sədaqətli olduğunu və İlham Əliyev dövlət quruculuğu siyasətinin həyata keçirilməsində xüsusi rol oynadığını vurğuladı.O, xahiş etdi ki, 2003-cü ilin 3 avqustunda İlham Əliyev cənablarının baş nazir postuna təyini ilə bağlı Hadi Rəcəblinin Milli Məclisdəki çıxışına baxaq.Çıxışda o İlham Əliyev cənablarının yüksək intellekti, təvazökarlığı və digər yüksək məziyyətləri haqqında məlumat verdi.

Sonra Hadi Rəcəbli deputatlıq dövründə Lənkəranda və parlamentin iclaslarında gördüyü işlər haqqında məlumat verildi.O çıxışında müəllimlərə qayğı və diqqətin artırılması ilə bağlı etdiyi çıxışlardan misallar gətirdi.Eyni zamanda əmək haqlarının çoxaldılması və digər sosial müdafiənin güclənməsi barədə atılan addımlar barədə məlumat verdi. Bu məlumatlar iclas iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

Növbəti çıxış Hadi Rəcəblinin vəkili, fəlsəfə doktoru, Lənkəran Dövlət Universitetinin dosenti Natiq Mirzəyevə verildi. Natiq müəllim YAP-ın namizədinə hamını səs verməyə çağırdı.O, qeyd etdi ki, bölgənin və Azərbaycanın tanınmış ziyalısı, siyasi elmlər doktoru, professor Hadi Rəcəbli torpağımızın fəxridir və həmyerlimiz kimi biz ona səs verəcəyik. Alqışlarla qarşılanan çıxışda o bir daha qeyd etdi ki, müəllim, məktəb, təhsil problemləri Hadi Rəcəblinin həmişə diqqət mərkəzində olmuşdur.Bununla bağlı iclas iştirakçılarna qısa videolarla məlumat verildi.Kiçik həcmli kliplərdə məktəb tikintisi və müəllimlərlə bağlı Hadi Rəcəblinin çıxışlarından gördüyü işlərdən söhbət açılırdı.Girdəni kəndində olduqca bərbad vəziyyətdə olan məktəbin layihəsi ilə bağlı Hadi Rəcəblinin qaldırdığı məsələyə Rayon İcra Hakimiyyəti başçısı Taleh Qaraşovun və təhsil naziri Ceyhun Bayramovun dəstəyindən söhbət açıldı.Məktəbin eskizlərinə baxan kənd sakinləri rayon rəhbərliyinin bu fəaliyyətini yüksək qiymətləndirdilər.

Növbəti çıxış Ləj kənd sakini , 2 şəhid atası Hacı Ələkbərə verildi.Hacı Ələkbər Hadi Rəcəblinin gördüyü işlərdən, veteranlara,əlil və şəhid ailələrinə göstərdiyi qayğılardan danışdı.O əlavə etdi ki, təəssüf hissi ilə qeyd edirik ki, bu ərəfədə Hadi Rəcəbli haqqında yanlış fikirlər yalan məumatlar, təhrif olunmuş informasiyalar işıq üzü görür . Gülünc məsələnin biri də odur ki. Hadi Rəcəblinin guya yağ və pul paylaması haqqında olanləyaqətsiz məlumatlar paylaşırlar.O dedi ki, bir nəfərin kənddən namizədliyini verməsinə baxmayaraq kənd seçicilərinin 4də 3-ü Hadi Rəcəbliyə səs verəcəkdir.

Hadi Rəcəblinin platformasını çatdırmaq üçün söz yenidən ona verildi.Namizəd platformasının baş istiqamətlərini əhalinin diqqətinə çatdırdı.Bu məşğulluq məsələləri , əmək haqqı, pensiya və müavinətlərin artırılması , uşaqpulu, səhiyyə, təhsil infrastrukturunun yaxşılaşdıırlması və digər məsələləri idi.

Eyni zamanda Hadi Rəcəbli ona qarşı aparılan iyrənc siyasət böhtan, yalanlarla bağlı bəzi fikirlərə də diqqət yetirdi. Nə edək ki, 10 əleyhinə olan nəfər namizəddən 1nəfər yalan, iftira və həcvlərə üstünlük verir.Sonra həmin namizədin Hadi Rəcəbli barədə bir neçə ay öncə səsləndirdiyi təriflərə diqqət cəlb edildi. Aydın oldu ki, bu adam şəxsi maraqları naminə seçkiyə qatılmış və YAP sıralarından kənarlaşdırılmışdır.Bu iclas iştirakçılarında ikrah hiss doğurdu.Müzakirələrdə çıxış etmək istəyənlər olsa da aparıcı Əlimərdan Əliyev iclası yekunlaşdırmağı qərara aldı. Sonda sakinlər namizədin ətrafına yığıldılar, ona problem , təklif və sual ünvanladılar.Aparıcının kimə səs verəcəksiniz sualına hamı bir ağızdan “Hadi Rəcəbliyə, Hadi Rəcəbliyə, Hadi Rəcəbliyə” deyə fikir səsləndirdilər.

XALQ.AZ