“Hafka” Azərbaycanın dövlət adamlarını məhkəməyə verəcək

28

 

İş adamı Hafiz Məmmədov haqqında mətbuatda yer alan məlumatların ardı-arası səngimək bilmir. “Bank Of “Azerbaijan” ətrafında baş verən olaylar “Hafa”nın vəziyyətinin elə də yaxşı olmadığını bir daha göstərmiş oldu.

Belə ki, bankın pullarını götürüb, ölkədən qaçan “Hafka” “bankı mənim əlimdən almaq istəyirlər” deməklə, məsələnin nə dərəcədə ciddi olduğunu özü də təsdiləmiş oldu.

Amma “Hafka”nın əlindən bankı kim almaq istəyir? Bu haqda əlimizdə etibarlı mənbədən əldə etdiyimiz məlumatlar olsa da, hələlik açıqlamırıq. Ancaq ortada vətəndaşlar, bankda əmanətləri olan insanlar əziyyət çəkir.

“Hafka”nın təhdid dolu verdiyi bəyanat isə, göstərdi ki, o, təkcə Azərbaycanda deyil, Avropada da sıxılmış durumdadır. “Lans” klubunun da maliyyəsini hələ də köçürməyən “Hafka” haqqında yazılan həqiqətləri bu və ya digər formada təkzib etməyə çalışır.

“Hafka” verdiyi müsahibəsində demişdi ki, “Bank Of Azerbaijan”da depozitlərin qaytarılmasında heç bir problem yoxdur. “Hafka”nın bu ağ yalanının şahdi olmaq üçün elə ona məxsus “ Bağhlan Qrup”un binasında yerləşən bankın baş ofisinə getmək bəs edər. Yüzlərlə insan bankın qapısında hər gün səhərdən axşama qədər gözləyir ki, depozitini alsın. Ancaq hər gün insanları müxtəlif vədlərlə aldadıb, geri qaytarırlar.

İyulun 8-də bankın qarşısında baş verən dava-dalaş, insanların Mərkəzi Banka üz tutması bu problemin partlayacağından xəbər verir. İnsanların pullarını götürüb, ölkədən qaçan, bankdakı fırıldaqçıları ilə vətəndaşları müxtəlif vədlərlə aldadan bu şəxs baş verənləri gizlətməklə heç nəyə nail ola bilməz.

Bu gün “Hafka” haqqında daha bir şok informasiya əldə etmişik. Mənbə bildirir ki, o, Frnasa prezidenti Ollanddan kömək istəyir. F.Ollandın yaxın çevrəsi isə, baş verənlərə hələki tam soyuqqanlılıqla yanaşır.

Mənbə onu da əlavə etdi ki, “Hafka” bir neçə ay öncə həbs olunmalı idi. Ancaq Fransa prezidentinin Azərbaycana səfəri onu müəmmalı şəkildə həbsdən xilas edib.

Əldə olunan başqa bir informasiyaya görə, “Hafka” Azərbaycanda bir neçə məmuru məhkəməyə verəcək. Həmin məmurların adlarını bilsək də, indidən açıqlamağı düzgün hesab etmirik. Ancaq məslənin təfərrüatına varıb, dərc edəcəyik.

Xatırladaq ki, tanınmış jurnalist Samir Feyruzovun da “Hafka” ya məxsus “Bank OF Azerbaijan”la problemi həll olunmamış qalır.