Hakan Fidan: Suriya məsələsində Azərbaycanın göstərdiyi dəstək yüksək qiymətləndirilir
Suriya məsələsində Azərbaycanın göstərdiyi hər cür dəstək yüksək qiymətləndirilir.
XALQ,AZ xəbər verir ki,bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatik Forumu çərçivəsində Mediaservis.az-ın forumda iştirak edən əməkdaşına açıqlamasında deyib.
Onun sözlərinə görə, Suriyanın yenidən qurulması, inkişafı, iqtisadiyyatı, təhlükəsizliyi istiqamətində görülən işlər davam edir.
“Bu məsələdə Azərbaycanın göstərdiyi hər cür dəstək yüksək qiymətləndirilir. Türkiyə olaraq bu məsələdə siyasəti koordinasiyalı şəkildə izləyirik. Hər ortamda söylədiyimiz kimi, bu gün Azərbaycanla Türkiyə arasında təkcə qardaşlıq münasibətləri deyil, həm də dövlət qurumları arasında son dərəcədə professional işbirliyi var”, – H.Fidan vurğulayıb.