Hava limanında bomba həyacanı

hava limanİstanbul “Atatürk” hava limanında bomba həyəcanı yaşanıb. ANS PRESS-in Türkiyə mediasına istinadən verdiyi məlumata görə, türk əsilli Belçika vətəndaşı Mehmet Akın adlı bir sürücü hava limanının yaxınlığında qəza tərədəndən sonra avtomobilində bomba olduğunu deyərək qışqırmağa başlayıb: “Avtomobilimdə bomba var, bu gün qiyamət günüdür”.

İstanbul polisi həmin sürücünü dərhal həbs edib. Hazırda Belçika vətəndaşının dindirilməsi davam edir.