“Heç bir sosial layihəni dayandırmayacağıq” – Prezident açıqladı

Prezident İlham Əliyev Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında neftin qiymətinin düşməsindən danışıb.

XALQ.AZ xəbər verir ki, dövlət başçısı neftin ucuzlaşması səbəbindən Azərbaycanda heç bir sosial layihənin dayandırılmayacağını deyib:

“Baxmayaraq ki, dünya iqtisadiyyatı böhran içindədir, Azərbaycan iqtisadiyyatına da bu, mənfi təsir göstərir. Neftin qiyməti üç dəfə aşağı düşüb. Amma mən demişəm, bir daha demək istəyirəm və bütün vətəndaşlar bunu bilsinlər, biz heç bir sosial layihəni dayandırmayacağıq, heç bir sosial proqramı ixtisar etməyəcəyik. Azərbaycan sosial dövlətdir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır”.