Hərracda dollar alınmadı

102425124-currency-exchange-dollar.1910x1000

 

Bu gün hərraca çıxarılan dolları alan tapılmayıb.

XALQ.AZ Fins.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın nəzarəti altında “Bloomberg” platforması üzərindən həyata keçirilən hərracda 1,73 ilə başlayan sorğular daha çox olub.

Halbuki rəsmi məzənnə 1,7563 idi. Nəticədə hərraca 35 milyon çıxaran Neft Fondunun dollarını alan olmayıb və cəmi 13 milyon 450 min dollarını manata çevirə bilib.

Ümumilikdə, bankların dollara tələbi aşağı olub və bu, qeyri-aktivlik hərracın nəticəsində dolların düşməsinə imkan yaradıb.

Xatırladaq ki, keçən hərracda da çıxarılan vəsait tam satılmamışdı. Bu isə Azərbaycanda dollar doyumluluğunun olduğunu göstərir.