Hesablama Palatası yoxlamalara başlayacaq

44

“Azəriqaz”da və “Aztelekom”da audit keçiriləcək.

Hesablama Palatasının 2014-cü il aprel ayının 1-də keçirilən Kollegiya iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü ildə fəaliyyəti haqqında Hesabat” geniş müzakirə olunaraq təsdiq edilib və hesabatın Azərbaycan Respublikası Milli Məclisinə müzakirə üçün təqdim olunması qərara alınıb.

Xalq.az xəbər verir ki, Hesablama Palatasından verilən məlumata görə, iclasda dövlət büdcəsinin yerli xərclərindən Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinə ayrılan vəsaitlərdən və büdcədənkənar daxilolmalardan, dövlət büdcəsinin yerli xərclərindən Bərdə Mərkəzi Rayon Xəstəxanasına ayrılan vəsaitlərdən, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan “Azəriqaz” İstehsalat Birliyinə dövlət proqramları üzrə qaz təchizatı tədbirlərinə ayrılan vəsaitlərdən istifadəyə dair, həmçinin “Aztelekom” ASC tərəfindən dövlət  büdcəsinin gəlirlərinin qanunvericiliyə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsi, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinin gəlir və xərclərinin, o cümlədən, saxlanma ilə bağlı xərclərinin icrası ilə bağlı audit  proqramları da təsdiq edilib.

Kollegiya həmçinin, Naxçıvan MR büdcəsindən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin saxlanılmasına ayrılan vəsaitlərdən istifadəyə dair audit proqramını təsdiq edib.