“Heydər Əliyev irsi və sosial siyasət” mövzusunda konfrans keçirilib-Fotolar

Mayın 6-da Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Heydər Əliyev irsi və sosial siyasət” mövzusunda konfrans keçirilib.

XALQ.AZ  xəbər verir ki, tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib.

Tədbirdə YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər.

Azərbaycanın Baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov çıxış edərək ulu öndər Heydər Əliyevin xalqımızın rifahı, dövlətimizin inkişafı üçün gördüyü işlərdən danışıb. Bildirilib ki, Ümummilli Liderin apardığı siyasətin əsasında sosial siyasət dururdu. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Sosial rifah məsələsi, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması dövlətimizin başçısının apardığı siyasətin əsas sahələrindəndir. Son bir neçə ay ərzində əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən əhəmiyyətli qərarlar qəbul edilib. Bu işlər bundan sonra da davam etdiriləcək.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi illəri quruculuq, abadlıq, inkişaf dövrü kimi xarakterizə edib. Bildirib ki, Ulu Öndərimiz xüsusi qayğıya ehtiyacı olan şəxslərə böyük diqqətlə yanaşır, onların ehtiyaclarının ödənilməsini daim diqqətdə saxlayırdı. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.

Nazir qeyd edib ki, Azərbaycan dünyada yoxsulluğu beş faizə endirən 29 ölkədən biridir. 2003-cü ildən bu günədək əməkhaqları yeddi dəfə artırılıb. Minimum əməkhaqqı dəfələrlə artırılıb. Minimum pensiya 40 faiz artırılıb. Prezident İlham Əliyevin qəbul etdiyi bu mühüm qərarlar ölkəmizdə sosial ədalətin qorunduğunun əyani göstəricisidir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.