“Heydər Əliyev və müstəqil Azərbaycan” adlı inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı”

 

XALQ.AZ-a verilən mlumata görə,MDB PAA DİMBİ Bakı filialı tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə təşkil edilən “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı inşa yazı müsabiqəsi qaliblərinin 15 may 2018-ci il tarixində mükafatlandırılması mərasimi keçirildi.

Qeyd etmək lazımdır ki, inşa yazı müsabiqəsinin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar olaraq onun zəngin irsinin və ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsi olmuşdur.

Müsabiqə işlərinin qiymətləndirilməsindən sonra, 1-ci, 2-ci və 3-cü yerləri tutan qaliblər müəyyən olmuş, onlara və fərqlənən daha iki iştirakçıya diplom, hədiyyələr təqdim edilmişdir.

Qeyd: inşa yazı müsabiqəsi Bakı şəhəri Nərimanov rayonunda həyata keçirilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.