Heydər Əliyevə hərbi xidmətdə rütbə verilib-Foto

Xəbər verdiyimiz kimi ,Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın oğlu Heydər Əliyev bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətini başa vurub.

XALQ.AZ xəbər verir ki, hərbi hissədə hərbi qulluqçuların ehtiyata buraxılması mərasimi keçirilib.

Heydər Əliyevə  hərbi xidmət zamanı  kiçik çavuş rütbəsi verilib.   Ehtiyata buraxılma mərasimində Dövlət Təhülkəsizlik Xidmətinin rəisi general-mayor Əli Nağıyev nümünəvi xidmətə görə kiçik çavuş Heydər Əliyevi Fəxri Fərmanla təltif edib.

Mərasimdə Birinci vitse-prezident Mehriban Əliyeva iştirak edib.