Heydər Əliyev bütün həyatını xalqa həsr edib

 

12

 

Ümummilli liderimiz Heydər Əliyev bütün həyatını, varlığını mənsub olduğu doğma xalqına həsr edib. Dünya siyasətində böyük şəxsiyyətlər çoxdur. Amma xalqının tarixinə çevrilən, millətinin, dövlətinin adı çəkilən kimi yada düşən siyasi xadimlər nadirdir. Heydər Əliyev də, məhz, belə şəxsiyyətdir. Bu gün Ümummilli liderimizi xatırlayanda gözümüzün önündə canlanan ilk tablo da müstəqil Azərbaycandır». Bu fikirləri Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib.
F.Heydərov bildirib ki, Ulu öndər Heydər Əliyev o liderdir ki, xalqını, dövlətini böyük bir qaranlıqdan parlaq, işıqla günlərə çıxarıb. Onun sözlərinə görə, Heydər Əliyevdə liderlik üçün bütün xüsusiyyətlər vardı.
«Ulu öndərimizin mərdliyi, qorxmazlığı, cəsarəti, qətiyyəti, yüksək tələbkarlığı, dövlətçilik, Azərbaycan xalqının rifahı uğrunda apardığı davamlı mübarizə buna misal göstərilə bilər. Bir sözlə, yüz illər ötsə də, Heydər Əliyev nuru daim Azərbaycana işıq saçacaq”. Heydər Əliyev İlahinin xalqımıza bəxş etdiyi işıqdır və bu işıq daim Azərbaycanın inkişaf yolunu parlaq edəcək»- deyə, F.Heydərov vurğulayıb.