Heydər Əliyev hərbi xidmətini başa vurdu

Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın oğlu Heydər Əliyev bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətini başa vurub.

XALQ.AZ xəbər verir ki, hərbi hissədə hərbi qulluqçuların ehtiyata buraxılması mərasimi keçirilib.

Mərasimdə Birinci vitse-prezident Mehriban Əliyeva iştirak edib.

Orxan