Heydər Əliyev irsi və gənclik” mövzusunda sərgi açılacaqdır

 

88

 

Noyabr ayının sonlarında Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Heydər Əliyev irsi və gənclik ” mövzusunda sərgi keçiriləcəkdir.
Layihənin rəhbəri və koordinatoru Röya Bənənyarlı AzərTAc-a bildirmişdir ki, sərgidə özündə Heydər Əliyev irsini əks etdirəcək rəsm əsərləri və gənclərin Ulu Öndər haqqında yazdıqları qısa inşalar nümayiş etdiriləcəkdir.
Sərgidə 10 gənc rəssam iştirak edəcəkdir. Rəssamlara “AtscouncilAzerbaijan” təşkilatı tərəfindən diplom veriləcəkdir.