Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir

 

96

Lənkəranda Heydər Əliyev Mərkəzində Dövlət Bayragı Gününə həsr olunmuş ’’Bir kərə yüksələn bayraq’’ adlı tədbir keçirilmişdir.İştirakçılar öncə yaradıcı  yeniyetmə və gənclərin əl işlərinin sərgisi ilə tanış olmuşlar.Tədbiri giriş sözü ilə Mərkəzin direktoru S.Şəfiyeva açaraq Dövlət Bayrağı Gününün qeyd olunmasının ictimai-siyasi əhəmiyyəti  barədə məlumat vermişdir.Sonra Mərkəzin baş mühafizi A.İbrahimovanın məruzəsi,Lənkəran Dövlət Hümanitar Kollecinin tələbələri M.Cəbiyevin və R.Sadıqlının çıxışları dinlənilmişdir.Tədbirdə birmənalı olaraq vurğulanmışdır ki , bu gün dövlət müstəqilliyinin müqəddəs rəmzlərinin geniş təbliği, gənclərə dərindən aşılanması azərbaycançılıq və müstəqillik kimi sosial-siyasi, milli-mənəvi dəyərlərə dərin ehtiramın əsas amilidir. Dövlətimizin siyasi pasportu olan bayrağa hörmət və ehtiram hər bir insanın böyük çətinliklər hesabına müstəqilliyə qovuşan  qüdrətli Azərbaycan dövlətinə,xalqına olan məhəbbətinin  təcəssümüdür.Sonda iştirakçılara Dövlət Bayrağı Meydanının yaradılması ilə bağlı film nümayiş etdirilmişdir.