Heydər Əliyev Mərkəzindən Böyük Britaniyaya dəstək – VİDEO

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 12-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının bayrağı videoproyeksiya olunub.

XALQ.AZ xəbər verir ki, bayraq təsvirini  bu ölkənin musiqisi müşayiət edib.

Qeyd edək ki, aprelin 3-dən etibarən virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi «COVID-19»un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

Heydər Əliyev Mərkəzindən Böyük Britaniyaya dəstək

Heydər Əliyev Mərkəzindən Böyük Britaniyaya dəstək Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 12-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub.Aprelin 3-dən etibarən virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi «COVID-19»un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.#heydərəliyevmərkəzi #heydaraliyevcenter #Azərbaycan #Azerbaijan #UK #koronavirus #coronavirus #COVID19 #pandemiya #pandemic

Gepostet von Heydar Aliyev Center am Sonntag, 12. April 2020

XALQ.AZ