Anar Ələkbərova yeni vəzifə verildi

Anar Alekberov

Azərbaycan Avtomobil İdman Növləri Federasiyasına prezident təyin olunub.

Xalq.az xəbər verir ki, bu gün Milli Olimpiya Komitəsinin iclas zalında Avtomobil İdman Növləri Federasiyasının İcraiyyə Komitəsinin iclası baş tutub.

Səsvermə yolu ilə keçirilən toplantıda Heydər Əliyev Fondunun icraçı direktoru, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov federasiyaya prezident seçilib.

Qeyd edək ki, federasiyanın bundan əvvəlki prezidenti Çingiz Baxşəliyev olub.