Heydər Əliyev prospektində avtobus avtoqəza törətdi

 

09

Oktyabrın 19-da Bakının Suraxanı rayonu ərazisində sərnişin avtobusu ağır qəza törədib. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, H. Əliyev prospektində 6 saylı cəzaçəkmə müəssisəsinin qarşısında “DAEWOO” markalı, 10 TF 611 nömrəli sərnişin avtobusu yolu keçən 70 yaşlı qadını vurub. Qadın hadisə yerində keçinib.