Heydər Əliyev Sarayı yeni mövsümə hazırlaşır

HA

Heydər Əliyev Sarayı yeni mövsümə zəngin proqram və yüksək səviyyədə tamaşaçıların görüşünə gələcək.

XALQ.AZ-ın məlumatına görə, böyük məsuliyyət ilə hazırlıqlar görən saray əməkdaşları sentyabrın 19-da “İsti payızın sərin nəğmələri” adlı geniş proqram təşkil ediblər.

Saraydan ANS PRESS-ə verilən məlumata əsasən Heydər Əliyev Sarayının təşəbbüsü ilə keçiriləcək konsertdə ölkənin tanınmış sənətçiləri – xalq artistləri, əməkdar artistlər, muğam ustaları, müğənnilər və rəqs qrupları çıxış edəcəklər.

Saat 19:00-da başlayacaq konsertin biletləri artıq satışdadır. Qiymətlər 10 manatdan 30 manatadəkdir, biletləri şəhərin kassalarından əldə etmək olar.