Heydər Əliyev və Prezident İlham Əliyevin 81 yaşlı yaxın silahdaşı

XALQ.AZ xəbər verir ki, bu gün görkəmli siyasətçi və dövlət xadimi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 81 yaşı tamam oldu.

R.Mehdiyev Üçüncü Respublikanın banisi Heydər Əliyevin və Prezident İlham Əliyevin yaxın silahdaşı olaraq, Azərbaycanın yeni siyasi tarixində, müasir dövlətçiliyin formalaşdırılmasında, respublikanın milli-ideoloji doktrinasının yaradılmasında vacib rol oynayıb.

İkinci Respublika illərində və Əliyevlərin aparat rəhbəri vəzifəsində qazandığı tükənməz dövlət xadimi təcrübəsindən istifadə edərək, R.Mehdiyev dövlətin həyat fəaliyyətinin əsas sosial-siyasi prinsiplərini formalaşdırıb, metodoloji baxımdan Azərbaycan ərazisindəki dövlətlərin, Səfəvilər nəslinin hökmranlığı dövründən başlayaraq, davamlılığını əsaslandırıb.

R.Mehdiyevin konfliktologiya və erməni separatçılığı və işğalçı rejimlə mübarizə sahəsində yazdığı elmi əsərləri müasir dünyada və regionumuzda etnik ekstremizmin qarşısının alınmasının əsasını təşkil edir.

R.Mehdiyev regional və milli miqyasın fövqündə duran şəxsiyyətdir. Bu şəxsiyyətin danılmaz nüfuzu və heyrətamiz istedadı onun MDB ölkələrində və Rusiyada milli bürokratiya və məmur sinfi arasında böyük təsir dairəsini şərtləndirir.

R.Mehdiyevin şəxsiyyəti o qədər çoxşaxəli və irimiqyaslıdır ki, tarixçilər və ədiblər onun həyat yolunun, Azərbaycan tarixində və Üçüncü Respublikanın təşəkkül tapmasında rolunun tədqiqinə hələ onilliklər sonra qayıdacaqlar.

Lakin bu gün R.Mehdiyev, 81 yaşının tamam olmasına baxmayaraq, Əliyevlər aparatının sükanı arxasında möhkəm dayanıb.

Ramiz müəllimi səmimi qəlbdən təbrik edir, ona ölkəmizin çiçəklənməsi və stabilliyi naminə uzun ömür arzulayırıq.

 

Orxan