Heydər Əsədov kollektivə təqdim olundu

Prezident İlham Əliyevin 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsinə təyin olunmuş Heydər Əsədov bu ali təhsil müəssisəsinin kollektivinə təqdim edilib. Əvvəlcə tədbirdə ADDA-nın mərhum rektoru Çingiz Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

XALQ.AZ xəbər verir ki,  qurumun sədri Rauf Vəliyev dövlət başçısı İlham Əliyevin dəniz nəqliyyatının, o cümlədən dənizçilik təhsilinin inkişafına göstərdiyi böyük diqqət və qayğıdan, akademiyanın tarixindən, yaşatdığı ənənələrdən, son illər əldə etdiyi nailiyyətlərdən danışıb. H.Əsədovu təbrik edən sədr yeni vəzifəsində və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.





ASCO-nun sədri deyib ki, H.Əsədova hər zaman böyük etimad göstərilib, ölkənin müxtəlif vacib qurum və strukturlarında yüksək vəzifələr tutub. R.Vəliyev əminliyini ifadə edib ki, ADDA elmi potensialını H.Əsədovun zəngin təcrübəsi hesabına gücləndirməkdə davam edəcək, kadr hazırlığının səviyyəsini daha da yüksəldəcək.

ADDA-nın yeni rektoru H.Əsədov ona göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib və bu etimadı doğrultmaq üçün çalışacağını deyib.

 

Orxan