Heydər Əliyev prospekti hərəkət dayandırıldı-Beton arakəsmə çöküb
Bakının Nizami rayonunda yolun bir hissəsi çöküb.
Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
İlkin məlumata görə, ərazidəki yolun çökməsinə yeraltı su borularından birinin partlaması səbəb olub.
XALQ.AZ xəbər verir ki, Əraziyə DYP idarəsinin əməkdaşları cəlb olunub.
Yolda hərəkətin tənzimlənməsi istiqamətində işlər aparılır. Hava şəraiti və yaranan problem səbəbindən avtomobillərin hərəkətində müəyyən sıxlıq yaranıb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən əraziyə baxış keçirilir.