Hicablı güləş məşqçisi (FOTO)

Hicab

Türkiyə Güləş Federasiyası qadın güləşçilərin komandasında ilkə imza atıb.

Xalq.az-ın xəbərinə görə, Türkiyə Güləş federasiyası tarixində ilk dəfə qadınlardan ibarət güləş komandasında hicablı qadın məşqçi işləyəcək.

Nəslihan Ərdoğan adlı hicablı bu qadın Türkiyə Güləş Federasiyası İdarə heyətinin keçən həftə verdiyi qərara əsasən, Ulduz Milli Qadın güləş komandasına məşqçi vəzifəsinə təyin edilib.

Antalya güləş təlim mərkəzində məşqçilərindən olan Nəslihan yeni vəzifəsinin öhdəsindən gələcəyini düşünür.

“Məni bu vəzifəyə məsləhət bildikləri üçün xoşbəxtəm. Hicab taxmağım işimdə heç bir problem yaratmayacaq və həmçinin qadın güləşinin gələcəyində əməyim olacağına gözə sevinirəm.” – deyə Nəslihan öz hisslərini bildirib.