Hicran Kərimova intihar etdi

 

08

Bakı şəhəri, Binəqədi rayonunda intihar hadisəsinin baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Xalq.az xəbər verir ki , dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1977-ci il təvəllüdlü Kərimova Hicran Həmidağa qızı doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin eyvanından özünü aşağı atıb və binanın yaxınlığında olan birmərtəbəli tikilinin damına düşərək vəfat edib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədi tikilinin damından aşağı endirərək aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda baş vermiş hadisənin təhqiqatına köməklik məqsədilə H.Kərimovaya məxsus mənzilin giriş qapısını açıb və hüquq mühafizə orqanları əməkdaşlarının mənzilə daxil olmalarına şərait yaradıblar.