Hilari Klintona ayaqqabı atdılar

hilleri

ABŞ-ın eks dövlət katibi Hilari Klinton eks prezident Corc Buşun taleyini yaşayıb.

Xalq.az-ın məlumatına görə, Klinton, Las Veqasda tullantıların yenidən istehsalı təşkilatında (Institute of Scrap Recycling Industries) çıxış edərkən qəfildən dinləyicilərdən biri ayaqındakı ayaqqabısını çıxararaq səhnəyə Klintonun başına tullayıb.

Klinton başını kənara çəkərək ayaqqabı zərbəsindən qorunub. Eks-dövlət katibi hadisəyə yumoristik yanaşıb. “Ay Allah, mən bilmirdim ki, tullantıların istifadə edilməsi bu cür provokasiyalı mövüzudur”,- deyə siyasətçi qeyd edib.

AP-in məlumatına görə, ayaqqabı atan qadını təhlükəsizlik xidmətinin əməkdaşları dərhal saxlayıb.