Hillari Klinton cərimələndi

09

 

Hillari Klintonu 5 dollara görə cərimələdilər

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton yol polisi tərəfindən cərimələnib.Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Klintonun Londonda avtomobilini park etdikdən sonra ödəniş etməməsi olub.Onun “Mersedes” markalı avtomobilinin saxlanıldığı yerdə 1 saatlıq parkinqin qiyməti 3.3 funt (5 dollar) olub. Bu məbləğ ödənilmədiyi üçün maşının şüşəsinə 80 funtluq cərimə bildirişi yapışdırılıb.
Vestminister ərazisinin administrasiya nümayəndəsi isə cərimənin haqlı olduğunu bildirib. O, Klintona “parkinq qaydaları”nı öyrənməyi məsləhət görüb.