Hind aktyoru Kapur vəfat etdi

Məşhur hind aktyoru və rejissoru Rac Kapurun oğlu Rişi Kapur 67 yaşında Hindistanda vəfat edib.

Rişi Kapur onlarca bədii filmə çəkilib və yaddaqa­lan obrazlar yaradıb. Onu tamaşaçılara ən çox sevdirən ötən əsrin 70-ci illərində çəkilmiş “Bobbi” və “Qisasçı” filmləri olub.

Məşhur aktyor son illər xərçəng xəstəliyindən əziyyət çəkirdi. Rişi Kapur ABŞ-da müalicə alırdı. Fevral ayında isə o, iki dəfə hospitalizasiya olunmuşdu.