Hitlerin arvadının yəhudi olması sübuta yetirildi (FOTO)

H-1

Britaniya alimləri Adolf Hitlerin arvadı Yeva Braunun DNT-sini araşdıraraq onun mənşəcə yəhudi olduğunu ortaya çıxarıblar.

Xalq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə sənədli film çəkilib və gələn həftə “Channel 4” telekanalında göstəriləcək.

Film keçmişdə yaşamış məşhur insanların DNT araşdırmalarına həsr edilib. Yeva Braunun DNT-sini araşdırmaq üçün nümunə kimi onun darağındakı saç götürülüb. Həmin daraq 1945-ci ildə Hitlerin Bavariya Alplarında yerləşən evindən – Berqhof iqamətgahından götürülüb.

Tədqiqatın araşdırmasına görə, Yeva Braun ana xətti üzrə yəhudi-aşkenazi olub. Orada N1b1 gen ardıcıllığı (haploqrup) tapılıb ki, bu, dəyişmədən ana xətti ilə verilir. Eyni zamanda, Braunun ailəsini Hitlerin ən yaxın silahdaşlarından olan Martin Borman yoxlamışdı və onların təmiz “ari mənşəli” olduğuna inanmışdı. Braun məktəb müəllimi Fridrix Braunun ailəsində ciddi katolik tərbiyəsi görmüşdü, ərə gedənə qədər dərzi işləmişdi.

Yeva Braun uzun illər Hitlerin məşuqəsi, sonra isə “vətəndaş nikahlı arvadı” olmuşdu. Onların rəsmi nikahı birgə intihar etmələrindən bir neçə saat qabaq 30 aprel 1945-ci il tarixdə kəsilmişdi. Toyun şahidləri kimi Martin Borman və Yozef Göbbels çıxış etmişdi.

Deyilənə görə, İkinci Dünya müharibəsində milyonlarla yəhudinin qətlinə səbəb olmuş Adolf Hitlerə Yeva Braunun heç bir təsiri olmayıb. Yeva Braunun əsas tarixi irsi Hitlerin fotolarıdır.

H-2

H-3

H-4

H-1