Hollivud aktyoru koronavirusdan öldü

Məşhur Hollivud aktyoru Mark Blum koronavirusdan ölüb.

XALQ.AZ xəbər verir ki, bu barədə “Mirror” nəşri xəbər verib.

Qeyd olunur ki, Blumun vəfatı barədə Nyu-York tear kompaniyası məlumat yayıb. Onun 69 yaşı var idi.

Məlumat üçün bildirək ki, indiyədək bir çox tanınmış simalarda koronavirus aşkarlanıb. Onların arasında müğənni Plasido Dominqo, aktyor İdris Elba, yazıçı Boris Akunin var. Aktrisa Olqa Kurilenko və aktyor Tom Hensk isə artıq bu xəstəlikdən sağalıb. Koronavirusdan ölən daha bir tanınmış – “Real Madrid”in keçmiş rəhbəri Lorenso Sansdır.