media-ali

Martın 3-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib. Komitə sədri Əli Hüseynli gündəliyə 7 məsələnin daxil edildiyini bildirib.

İlk növbədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə təqdim olunub. Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov məsələ ilə bağlı məlumat verib. Qeyd edilib ki, qanun layihəsində etik və peşəkar standartların qorunması, mediasiyanın keyfiyyətinin və etibarlılığının artırılmasına xüsusi diqqət yetirilib. Layihədə mediasiyanın nüfuzunun və effektivliyinin artırılması, mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərin sertifikatlarının qüvvədə olma müddətinin müəyyən edilməsi də nəzərdə tutulub.

Daha sonra Milli Məclis Aparatının  Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev gündəliyin ikinci məsələsi –  Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) dair məlumat verib.

Bildirilib ki, dəyişiklik təklif olunan qanun layihələrində uşaq hüquqlarının qorunması məqsədilə qəyyumluq və himayə orqanlarına bir sıra səlahiyyətlər verilməsi nəzərdə tutulub. Bundan başqa, qəyyumluq və himayəçilik orqanlarının qərarlarının bir iş günü ərzində Elektron Hökumət İnformasiya Sisteminə daxil edilərək onların fəaliyyətinin daha operativ həyata keçirilməsi planlaşdırılıb.

Milli Məclis Aparatının  Dövlət qurucluluğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Kəmalə Paşayeva gündəliyin üçüncü məsələsi – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini (birinci oxunuş) təqdim edib.

Məlumat verilib ki, qanun layihəsi məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində aparılan ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi məqsədilə hazırlanıb.

Sonra  gündəliyin digər 4 məsələsi –  “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) , Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş)  qanun layihələri nəzərdən keçirilib.

Qanun layihələrinin müzakirəsində komitənin sədr müavini Elşən Musayev, Mediasiya Şurasının İdarə Heyətinin üzvü Əli Nəbiyev çıxış ediblər.

Onlayn iclasda təqdim edilən qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitənin üzvləri Kamal Cəfərov, Sabir Hacıyev, Nizami Səfərov, Mübariz Qurbanlı, Azay Quliyev, Erkin Qədirli, Bəhruz Məhərrəmov və digər rəsmi şəxslər iştirak ediblər.


media-ads728x90

Bənzər xəbərlər