Hüseyn Dəryanın baş daşı hazırdır (FOTO)

HD-3

Yol qəzası keçirərək dünyasını dəyişən məşhur rep ifaçısı Hüseyn Dəryanın yaxınları ötən gün onu yad ediblər.

Xalq.az-ın məlumatına görə, Hüseyn Dəryanın ziyarətindən olan fotolar sosial şəbəkədə yayımlanıb.

Ölümündən sonra da səngiməyən söz-söhbətdən biri də onun baş daşının düzəlməsi olub. Müğənni Rəqsanə İsmaylova mərhumun məzar işlərini üzərinə götürmək istəsə də, Hüseynin ailəsi buna razılıq verməyib.

Artıq ifaçının məzarı dmeək olar ki, tamamlanıb. Fotolardan da gördüyümüz ki, baş daşının üzərində “Məşədi Kərbəlayi Hüseyn” əks olunub. Dəryanın ailə üzvləri çalışıblar ki, onun 40 mərasiminə qədər baş daşı hazır olsun.

Minlərlə pərəstişkarı olan, səsi və ifa etdiyi repləri ilə ürəkləri fəth edən, 39 yaşında uğradığı qəza nəticəsində gözlərini əbədi yuman Hüseyn Dəryanın ölümündən ötən gün 40 gün keçib.

Xatırladaq ki, Hüseyn Dərya mart ayının 14-ü gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində ağır qəzaya uğrayıb. Onun idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı “Opel Astra” markalı minik avtomobili eyni istiqamətdə hərəkət edən KamAZ markalı maşına çırpılıb. Qəza nəticəsində ağır xəsarətlər alan reper 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

HD-4

HD-2

HD-1

HD-3