“Hyatt Regency Baku” otelində rəzalət

16

İslam ölkələrindən gələn qonaqlar üçün isə heç bir şərait yaradılmayıb

 

“Hyatt Regency Baku” otelində beynəlxalq tədbir keçirilib. Tədbirdə saytımızın əməkdaşı  iştirak edib. Belə ki, tədbirdə iştirak etmiş əməkdaşımız bır sıra xoşəqəlməz hallarla  rastlaşıb  Xalq.az xəbər verir ki , bu hallar   konfrans barədə yox, onun keçirildiyi məkan barədədir. Təlim keçirilən otel şəhərin mərkəzində yerləşməsinə, qiymətlərinin baha olmasına baxmayaraq çox bəsit olan işləri yerinə yetirmir. Belə ki, konfrans zalında konfrans istirakçıları üçün internet xidməti yoxdur. Paytaxtın möhtəşəm otellərindən sayılan “Hyatt Regency Baku” internetin olmaması gülünc doğurur.  Bundan başqa həmin oteldə Azərbaycan gələn xarici qonaqlar tez-tez rast gəlmək olar. İslam ölkələrindən gələn qonaqlar üçün isə heç bir şərait yaradılmayıb.Belə ki, dünya ölkələrində tanınmış otellərdə hər bir dini mənsubiyyəti olan şəxslərə hörmət və ehtiramla yanaşılır.  Lakin “Hyatt Regency Baku” bu barədə düşünülməyib. Oteldə sanitar qovşağında əlillər üçün otaq nəzərdə tutulub amma ibadət edən insanlar üçün heç bir şərait yoxdur .Bundan başqa oteldə namaz qılmağa belə otaq ayrılmayıb.  Görəsən “Hyatt Regency Baku” rəhbərliyi bu barədə hansı açıqlama verəcək?

 

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq