İƏT-ə üzv ölkələr İstanbula toplaşır

Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclası keçiriləcək.

 

XALQ.AZ xəbər verir ki, tədbirdə Azərbaycan xarici işlər naziri səviyyəsində təmsil olunur.

İƏT-in zirvə toplantısı qurumun hazırkı sədri Türkiyənin təşəbbüsü ilə çağırılıb. İclasda 40-dan çox ölkənin rəsmisi iştirak edəcək.

Sammitdə 13 ölkənin rəhbəri (prezident, əmir, baş nazir), 2 dövlətin vitse-prezidenti, 12 ölkənin XİN rəhbəri və 3 ölkənin baş nazirinin müavini iştirak edəcək. Eyni zamanda 11 dövlət səfir və diplomatik missiyanın nümayəndəsi ilə təmsil ediləcək.

Sammitdə ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi məsələsi, bundan sonra yaranmış vəziyyət və Fələstində baş verən hadisələr müzakirə ediləcək.

 

Orxan