İbo İlham Mirzəyevə maşın bağışladı

 

74

Türkiyəli müğənni İbrahim Tatlısəs aparıcı İlham Mirzəyevə maşın bağışlayıb.

Axşam.az-ın məlumatına görə, “Atv maqazin” verilişinə açıqlama verən İlham Mirzəyev avtomobilin 150 min manat qiyməti olduğunu deyib:

“Bu maşında şəxsən İbrahim Tatlısəsin özü əyləşib. O, avtomobili mənə Türkiyədə olarkən bağışladı. İçərisində bütün rahat şərait qurulub. Televizora baxa bilərəm. İçərisində telefon və soyuducu var. Qiyməti 150 min manatdır. Mən ancaq imperatorun oturduğu maşına əyləşə bilərəm”.